21 
Noy
2020
17:05
1323
29
5445
Virtual karabakh

Almaniyalı soydaşlarımız şəhid ailələrinə dəstək oldu - FOTO

21 Noy, 2020
17:05
5445

Almaniyalı soydaşlarımız şəhid ailələrinə dəstək oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların gözü Vətənə dikilib.  Soydaşlarımız böyük zəfərin sevincini Azərbaycan vətəndaşları ilə bölüşdüyü kimi, şəhid ailələrinin kədərinə də şərikdirlər.

Oxu.Az xəbər verir ki, Almaniyada yaşayan bir qrup idmançı soydaşımız Vətən müharibəsində həlak olan şəhidlərimizin ailələrinə 15 min avro göndərib.

Xeyriyyəçilərin arasında kyokşindo karate idman növü üzrə dünya çempionu, Kyokşindo Avropa Federasiyasının texniki direktoru Ramal Mustafayev də var.

Soydaşlarımız maddi vəsaiti Xocavənd rayonundan olan şəhid ailələrinin arasında bölüşdürüblər. Şəhid ailələri onlara ayrılan diqqətə görə minnətdarlıqlarını ifadə etdilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri