22 
Noy
2020
17:25
716
33
2332
Virtual karabakh

Aİ nümayəndəsi: “Ümid edirik, gələcəkdə Qarabağda belə hadisələr olmayacaq”

22 Noy, 2020
17:25
2332

Aİ nümayəndəsi: “Ümid edirik, gələcəkdə Qarabağda belə hadisələr olmayacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Buraya gələn hər kəs görür ki, müharibə, dağıntılar, sülh nədir. Bu iki amil göstərir ki, müharibə ilə sülh arasında hansı ziddiyyət var”.

Report-un verdiyi məlumata görə, bunu Füzuliyə səfər edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

“Hər bir insanın istədiyi inkişaf və sülhdür. Avropa İttifaqı Azərbaycan və regionla sülh, inkişaf üçün əməkdaşlıq edir. Ümid edirik ki, gələcəkdə belə hadisələr baş verməyəcək, yalnız sülh və əmin-amanlıq olacaq.

Bizi bura gətirdiyinə görə Azərbaycan rəsmilərinə təşəkkür edirəm ki, bütün bunları öz gözümüzlə görə bildik”, - deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri