24 
Noy
2020
17:57
389
14
2253
Virtual karabakh

Tərtərdə düşmən vandalizminin miqyasının qiymətləndirilməsi ilə bağlı AÇIQLAMA

24 Noy, 2020
17:57
2253

Tərtərdə düşmən vandalizminin miqyasının qiymətləndirilməsi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq Tərtər şəhərində, dörd kənddə və bir qəsəbədə ziyan dəymiş 796 obyektə baxış keçirilib. Onlardan 147-si çoxmərtəbəli binalardakı mənzillər, 611 ədədi fərdi yaşayış evləri, 23 ədəd sahibkarlıq subyekti, altı ədəd sosial obyekt, dörd ədəd inzibati binadır”.

Bunu APA-ya açıqlamasında Tərtər rayonu üzrə İşçi qrupunun rəhbəri Qubad Heydərov deyib.

İşçi qrupunun rəhbəri bildirib ki, bu günə olan məlumata görə, daha 4100-dən yuxarı obyektə baxış keçirilməlidir:

“Ona görə də Tərtər rayonu üzrə İşçi qrupuna daxil olan komissiyaların sayının artırılması planlaşdırılır. Bundan əvvəl Tərtər rayonu üzrə üç İşçi qrupunun fəaliyyəti nəzərdə tutulub. Daha üç köməkçi qrupun yaradılması planlaşdırılır. Çalışacağıq, ayın 10-dək işləri yekunlaşdıraq”. 

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət İşçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri