25 
Noy
2020
20:55
817
18
4598
Virtual karabakh

Vətən Müharibəsinin ilk qazisi: Bədəninin 50 faizi yansa da, döyüşü izləyib - VİDEOREPORTAJ

25 Noy, 2020
20:55
4598

Vətən Müharibəsinin ilk qazisi: Bədəninin 50 faizi yansa da, döyüşü izləyib - VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir ailənin iki hərbçi oğlu...Döyüşə girməzdən əvvəl öz aralarında bir-birinə vəsiyyət ediblər.

Biləsuvarın Çaylı kəndindən olan bu qardaşlardan yaşca böyük olan Şamxal Hüseynov döyüşlərdə ağır yaralanıb.

Baku TV-nin əməkdaşları qazimizin evində olub, onun döyüş və zəfər təəssüratlarını öyrəniblər.

44 günlük müharibənin ilk qazisi və elə qəhrəman hərbçilərdən biri də adlandırmaq olar Gizir Şamxal Hüseynovu.

Sentyabrın 27-də başlanan hərbi əməliyyatlarda cəmi bir gün iştirak etsə də, düşmənin alınmaz qala hesab etdiyi hərbi istehkamları komandiri olduğu tankla bir neçə həmlə ilə yerlə-yeksan edib. Sonuncu tapşırığı yerinə yetirərkən düşmənin arzusunu ürəyində qoyub.

Bədəninin 50 faizdən çox hissəsi yansa da, gözləri görməsə də, yaralı halda uzandığı səngərdə məhz döyüş yoldaşları onun görən gözü, vuran əli olublar. Yaralı olsa da, döyüşün gedişatı ilə maraqlanıb.

Daha ətraflı Baku TV-nin videoreportajında:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri