30 
Noy
2020
00:52
644
23
2964
Virtual karabakh

Yaralanıb 10 gün sonra döyüşə gedən komandir - VİDEO

30 Noy, 2020
00:52
2964

Yaralanıb 10 gün sonra döyüşə gedən komandir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsinin başlaması ilə mayor Zaur Rəhimovun da arzusu reallaşıb. Azərbaycanın haqq savaşında öz döyüş yoldaşları ilə birgə qəhrəmancasına vuruşan xüsusi təyinatlı dəstənin komandiri, torpaqlarımızın işğaldan azad olunması üçün bu böyük fürsəti əldən verməyib. O, ilk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Həkimlərin cərrahi müdaxiləsindən sonra qəlpə çıxarılıb, cəsur döyüşçümüz bu hadisədən heç 10 gün keçməmiş yenidən cəbhəyə yollanıb.

Xezerxeber.az xəbər verir ki, Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunan zabitimiz Murovdağ silsiləsi və Cəbrayıl, Füzuli, Qubadlının dağ kəndləri, Xocavəndin Hadrut qəsəbəsi və bəzi kəndlərinin işğaldan azad olunmasında böyük şücaət göstərib. O, Şuşanın azad olunmasında aktiv iştirak edib. Elə ikinci dəfə də Şuşada yaralanıb.

Lerik rayonu, Veri-Əliabad kəndində anadan olan Zaur Rəhimov yeddi qardaşdan biridir. Qardaşlardan beşi Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, üçü isə yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri