Dek
2020
03:48
639
17
4840
Virtual karabakh

Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO

Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidimiz polkovnik-leytenant Xeyrulla İbrahimov. Uzun illər Vətənə xidmət etmişdi. Ehtiyatda olsa da, döyüşlər başladığı ilk gündən cəbhəyə yollanıb. Bir çox yaşayış məntəqələrimizin işğaldan azad edilməsində qəhrəmanlıq göstərib. Şuşa uğrunda gedən döyüşlərdə X. İbrahimov şəhidlik zirvəsinə yüksəlib. Döyüş meydanında o, “Kobra” ləqəbi ilə tanınıb. Bu da təsadüfi deyil. Gücü və şücaəti ilə düşməni qorxuya salan X. İbrahimovun ələ keçirilməsi üçün erməni hərbi birləşmələri pul mükafatı da təyin edibmiş. O, Birinci Qarabağ döyüşlərinin də iştirakçısı olub.

Şəhidimiz İlqar Bürcəliyev də Vətən sevgisi ilə böyüyüb. Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 19 yaşında arzusunda olduğu şəhidlik zirvəsinə yüksəlib. Şəhidimizin atası Vüqar Bürcəliyev deyir ki, 2019-cu ilin avqust ayında dəftərçəsində belə bir cümlə yazıb:

“Təxris ola bilməsəm, qayıda bilməsəm, bir Mübariz də mən olacam, bir şəhid də mən olacam”.

Azərbaycan Televiziyası şəhidlərimiz haqqında süjet hazırlayıb. 

Həmin süjeti təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri