Dek
2020
09:12
462
21
8325
Virtual karabakh

19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO

2 Dek, 2020
09:12
8325

19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19 yaşlı şəhid Xətai Həsənovun yaşı az olsa da, ölümü ilə ən ali məqama, şəhidlik zirvəsinə ucalıb. Qorxub-çəkinmədən düşmənlə döyüşdü, Vətən torpaqlarını canından əziz tutdu. Şəhidimizin atası Xaliq Həsənov deyir ki, son görüşündə oğlu ondan halallıq istəyib.

Xətai Həsənov 2001-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 3 bacısından sonra evin tək oğlan övladı olub. Döyüşlər başlamazdan öncə hərbi xidmətə yollanıb. İkinci Qarabağ savaşına qatılaraq mərdliklə düşmənə qarşı vuruşub. Şəhidlik zirvəsinə ucalmazdan öncə Ağdərə, Cəbrayıl və Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Ailəsi ilə sonuncu dəfə oktyabrın 30-u, yəni ölümündən bir gün öncə danışıb. Şəhid Xətai Həsənov anası Qabilə xanıma “mənimlə fəxr edəcəksiniz” deyib.

Şəhid Xətai Həsənovun anası deyir ki, oğlunun uşaqlıqdan hərbiyə həvəsi olub. Daima hərbi formalar geyinər, hər zaman hərbi sahəyə maraq göstərərdi. Lakin evin tək övladı olduğundan ailəsi onun hərbçi olmağına razı olmayıb.

Xətai Həsənov Ağdam rayonunun Qaraqoyunlu kəndində gedən döyüşlərdə öz komandirini xilas edən zaman qəhrəmancasına şəhid olub. Bu gün onunla nəinki ailəsi, bütün Azərbaycan xalqı fəxr edir.

Məlumat üçün bildirək ki, Xətai Həsənov son 30 ildə Tovuz rayonunun Qovlar qəsəbəsinin ilk şəhididir.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri