Dek
2020
14:25
803
30
9343
Virtual karabakh

Bakı parada hazırlaşır - Oxu.Az-ın FOTOREPORTAJI

3 Dek, 2020
14:25
9343

Bakı parada hazırlaşır - Oxu.Az-ın FOTOREPORTAJI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 27-dən başlayaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən İkinci Qarabağ Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb. 

Bu məqsədlə paytaxt Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi şərəfinə hərbi paradın keçirilməsi gözlənilir. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, hərbi parad üçün artıq ərazi müəyyənləşdirilib. Artıq Azadlıq Meydanında tarixi qələbə münasibətilə keçiriləcək parada hazırlıq işləri başlanılıb. 

Ərazidə daha əvvəl yerləşdirilən “Formula 1” avtoyarışlarının pit-stop hissəsi sökülüb. 

Asfalt örtüyü üzərində müvafiq işarələnmə, rənglənmə işləri görülür. 

Xatırladaq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamına əsasən, sentyabrın 27-də başlayan və noyabrın 10-da Azərbaycanın qələbəsi ilə bitən İkinci Qarabağ Müharibəsi ilə əlaqədar olaraq hər il sentyabrın 27-i ölkədə Anım Günü, Şuşanın azad edilməsi günü - noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunacaq.

Könül Cəfərli

FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri