Dek
2020
13:49
86
576
11766
Virtual karabakh

Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu - FOTO

5 Dek, 2020
13:49
11766

Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid olub. 

Bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov “Facebook” səhifəsində məlumat paylaşıb.

“Nigaran idik, amma ümidli idik... İtkin xəbərini alandan bəri yaşadığına inanırdıq. Qazi kimi dönəcəyinə, xidmət etdiyi gömrük postunda fəaliyyətini davam etdirəcəyinə inanırdıq.

Qayıtdı, amma şəhid kimi... Torpaqlarımızın azadlığı uğrunda canını qurban verərək qayıtdı Hacıyev Ülvi Şirin oğlu. Vətən Müharibəsinin başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə yollanmışdı.

Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub, ən yüksək məqama yüksəlib. Şəhadətin mübarək, Vətən oğlu! Ruhun qarşısında baş əyirik, şəhidim! Allah rəhmət eləsin, ruhu şad olsun! Amin!” 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri