Dek
2020
01:33
741
16
4018
Virtual karabakh

İkinci Qarabağ müharibəsinin xüsusi təyinatlı şəhidi

9 Dek, 2020
01:33
4018

İkinci Qarabağ müharibəsinin xüsusi təyinatlı şəhidi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əslən Cəbrayıl rayonunun Horovlu qəsəbəsindən olan Hüseynov Məhəmməd Alik oğlu 1993-cü ilin oktyabrın 28-də Beyləqan rayonunda doğulub.

O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət keçib. Baş çavuş rütbəsi ilə həqiqi hərbi xidmətini başa vursa da, Xüsusi Təyinatlı Dəstədə xidmətini davam etdirib.

M.Hüseynov bu ilin sentyabrın 27-də Murovdağ silsiləsində gedən ağır döyüşlərə qatılıb və yüksək peşəkarlığı ilə seçilib. Mühüm strateji yüksəkliyin azad olunmasından sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə cəlb olunan hərbçi ata-baba yurdu - Horovlu kəndinin düşməndən azad olunmasında iştirak edib.

Doğum gününə 20 gün qalmış - oktyabrın 8-də Cəbrayıl şəhəri yaxınlığında qəhrəmancasına şəhid olub.

Report

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri