30 
Dek
2020
12:40
803
27
10724
Virtual karabakh

Ermənilərə Şurnux kəndini boşaltmaq üçün bir gün vaxt verildi - VİDEO

30 Dek, 2020
12:40
10724

Ermənilərə Şurnux kəndini boşaltmaq üçün bir gün vaxt verildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanlılar ermənilərə Zəngəzurun Şurnux kəndinin yarısını boşaltmağa bir gün vaxt veriblər”.

Bunu Gorus meriyasının sədr müavini Menua Ovsepyan açıqlamasında bildirib. 

O deyib ki, azərbaycanlılar ərazilərin sabah səhərə qədər azad olunmasını tələb ediblər:

“Onlar sakinlərə və kənd başçısına deyiblər ki, 10 gün əvvəl bu barədə Ermənistan rəhbərliyinə məlumat veriblər”. 

M.Ovsepyan həmçinin qeyd edib ki, Şurnux sakinləri hökumətə etiraz olaraq kənddən keçən yolu bağlayıblar:

“Bu avtomobil yolu da Azərbaycana keçib. Əhali bu barədə kimə məlumat verildiyini, kimin xəbərdar olduğunu anlamaq istəyir. Söhbət 12 evdən və ona bitişik torpaq sahələrindən gedir. Bu, böyük ərazidir”.

Sərd müavini vurğulayıb ki, Baş nazir Nikol Paşinyandan indiyə qədər qaneedici bir söz eşitməyib. Onun sözlərinə görə, baş nazir artıq vəziyyətə nəzarət etmir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri