18 
Yan
2021
13:12
634
14
22209
Virtual karabakh

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir - FOTO

18 Yan, 2021
13:12
22209

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 2021-ci il üçün Qlobal Atəş Gücü (Global Firepower Index) reytinqində 138 ölkə arasında 64-cü yerdə qərarlaşıb. 

Digər Cənubi Qafqaz ölkələrinə gəldikdə, Gürcüstan 92-ci, Ermənistan isə 100-cü yerdədir.

Qeyd edək ki, "Global Firepower" reytinqi tərtib edilərkən, hər bir ölkənin mövqeyi 50 meyar əsasında təyin olunur.

Hesablamada aviasiya, zirehli texnika, dəniz qüvvələri və s. üzrə kəmiyyət, eləcə də güc göstəriciləri nəzərə alınır. Bundan əlavə, dövlətin təbii ehtiyatlarının mövcudluğu, işçi qüvvəsi, nəqliyyat və logistika imkanları, ölkənin hərbi büdcəsinin həcmi, xarici borcu, valyuta ehtiyatları və alıcılıq qabiliyyəti kimi parametrlərə də mühüm yer verilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri