18 
Yan
2021
15:09
374
62
2251
Virtual karabakh

Rusiya Qarabağın minalardan təmizlənməsi üçün Azərbaycana yeni pirotexnika göndərdi

18 Yan, 2021
15:09
2251

Rusiya Qarabağın minalardan təmizlənməsi üçün Azərbaycana yeni pirotexnika göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Ağdam rayonunu minalardan təmizləmək üçün əlavə pirotexniki vasitələr qrupu göndərib.

TASS bu barədə nazirliyin mətbuat xidmətinə istinadla xəbər yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexniki vasitələr olan “İl-76” təyyarəsi Azərbaycan Respublikasının Gəncə şəhərinə uçub. Mütəxəssislər humanitar missiya çərçivəsində Ağdam rayonunda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirən nazirlik qrupunu tamamlayacaqlar”.

Qrupun tərkibinə “Lider” və Noginsk Xilasetmə Mərkəzinin mütəxəssisləri daxildir. Onlarla birlikdə robototexnika kompleksi və ağır yüklərin təhlükəsiz daşınması üçün nəqliyyat vasitələri də gətirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri