19 
Yan
2021
14:36
31
262
2607
Virtual karabakh

Nazir müavini: “Kəlbəcərdə ermənilərin törətdiyi ekoloji terror ürəkağrıdıcıdır” - FOTO/VİDEO

19 Yan, 2021
14:36
2607

Nazir müavini: “Kəlbəcərdə ermənilərin törətdiyi ekoloji terror ürəkağrıdıcıdır” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad olunmuş Kəlbəcər rayonunda keçirdiyimiz monitorinqlər, apardığımız müşahidələr olduqca acınacaqlı vizual mənzərələrlə yadda qalıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev nazirliyin əməkdaşlarının Qarabağ bölgəsində keçirdikləri monitorinqlər barədə açıqlamasında bildirib. 

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi və bərpa planlarının dəqiqləşdirilməsi məqsədilə keçirilən monitorinqlər çərçivəsində ərazilərimizin ekoloji vandalizmə məruz qaldığı bir daha təsdiqlənib:  

“İlkin müşahidələr göstərir ki, Kəlbəcər rayonunda ermənilər tərəfindən təbiətə qarşı ekoloji cinayətlər həyata keçirilib, xüsusən yol ətrafında xeyli sayda ağac kəsilib, çoxillik təbiət abidələri məhv edilib, təbii sərvətlər talan olunub”.

Nazir müavininin sözlərinə görə ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır:

“Bölgədə ekoloji monitorinqlər davam etdirilir, ətraf mühitə, meşə fonduna, təbii sərvətlərə dəymiş ziyanın hesablanması, qiymətləndirilməsi aparılır və nəticələr barədə müvafiq qurumlara hesabatlar təqdim olunacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri