20 
Yan
2021
13:36
420
7
2136
Virtual karabakh

Vətən müharibəsində yaralanmış zabitimiz yüksək texnologiyalı protezlə təmin ediləcək - FOTO

20 Yan, 2021
13:36
2136

Vətən müharibəsində yaralanmış zabitimiz yüksək texnologiyalı protezlə təmin ediləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış hərbi qulluqçuların ehtiyaclarına uyğun olaraq reabilitasiya vasitələri, müasir protezlərlə təminatını davam etdirir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq, sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb. 

O, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinədən keçib. 

Protezləşməyə hazırlıq müddəti bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri