20 
Yan
2021
16:00
248
11
1413
Virtual karabakh

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

20 Yan, 2021
16:00
1413

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirlər çərçivəsində hərbi qulluqçular şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində tədbirlər keçirilib, eləcə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri