21 
Yan
2021
17:33
54
902
10900
Virtual karabakh

Yaralı hərbçimiz şəhid oldu - FOTO

21 Yan, 2021
17:33
10900

Yaralı hərbçimiz şəhid oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, o, bu gün şəhidlik zirvəsinə ucalıb.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri