27 
Yan
2021
15:51
278
9
1967
Virtual karabakh

Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır - FOTO

27 Yan, 2021
15:51
1967

Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 saylı və 3 saylı Bakı DOST Mərkəzlərinin əməkdaşları Vətən müharibəsi iştirakçıları olan və müharibədə yaralanmış Orxan Məmmədzadənin (Yasamal rayonu) və İbrahim Məmmədovun (Sabunçu rayonu) ailələrində olublar.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ailəsi 3 nəfərdən ibarət olan Orxanın anasının xəstəliyi ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində ona kömək ediləcək. Əlillik təyinatı aparılarsa, ona sosial ödəniş təyin olunacaq. 

İbrahimgilin 4 nəfərlik ailəsində yalnız bacısının işsiz olduğu nəzərə alınaraq onun məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi qərara alınıb və yaxın günlərdə o, işlə təmin ediləcək. 

Hər iki qazinin – Orxanın və İbrahimin də əlilliyi qiymətləndiriləcək və onlara əlillik dərəcəsi təyin olunduğu halda birdəfəlik sığorta ödənişi və sosial təminat növləri üzrə aylıq ödənişlərlə təmin olunacaqlar. Bu barədə hər iki qaziyə məlumat verilib. Həmçinin hər iki ailəyə bildirilib ki, DOST Agentliyi və mərkəzlərinin əməkdaşları qəhrəman əsgərlərimizlə qürur duyur. Şəhid ailələri və qazilərimizin ehtiyaclarının qarşılanması üçün qanun çərçivəsində onlara bütün lazımi dəstək göstəriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri