13 
Fev
2021
19:40
647
20
3218
Virtual karabakh

Biləsuvarda iki şəhidin doğum günü qeyd edilib - FOTO

13 Fev, 2021
19:40
3218

Biləsuvarda iki şəhidin doğum günü qeyd edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayonunda Vətən müharibəsində şəhid olmuş iki hərbçinin doğum günləri qeyd edilib.

“Report”un Muğan bürosu xəbər verir ki, onlar Xəyal Nuri və Osman Bayramovdur.

Xəyal Şakir oğlu Nuri 1997-ci il fevralın 12-si Biləsuvar rayonunun Ağayrı kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənd məktəbində alıb. Daha sonra həqiqi hərbi xidmətdə olub. Bundan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarında xidmətə başlayıb.

44 günlük Vətən müharibəsinə ilk günlərdən qatılıb. Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid hərbçi Xəyal Nuri 4 noyabr 2020-ci ildə Biləsuvar rayonu Ağayrı kənd qəbiristanlığında dəfn olunub.

O, ölümündən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimiz subay idi.

Onun doğmaları şəhidi ziyarət ediblər, məzarı önünü tər çiçəklər düzüblər. Şəhidin ruhuna dualar oxunub. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Osman Bayramov yaşasaydı, bu gün 34 yaşını qeyd edəcəkdi.

Digər şəhid Bayramov Osman Zeyqəm oğludur. Mərhum 13 fevral 1987-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Vətən müharibəsi başlayanda Osman müddətdən artıq hərbçi kimi Vətənə xidmət edirdi.

Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Göstərdiyi şücaətlərə görə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Osman Bayramov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, iki qız övladı yadigar qaldı. Bu gün şəhidimizin məzarını ziyarət edən doğmaları və tanışları onun ruhuna dualar oxuyublar. Osmanla bağlı xoş xatirələrini bölüşüblər.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri