21 
Fev
2021
13:47
520
35
11877
Virtual karabakh

Həmid Həmidov: “İşləri korlamış keşiş yaxın üç gün ərzində Azərbaycandan çıxarılacaq” - FOTO

21 Fev, 2021
13:47
11877

Həmid Həmidov: “İşləri korlamış keşiş yaxın üç gün ərzində Azərbaycandan çıxarılacaq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndidəki mitinqdən olan kadrlara mən də baxdım. Nə gördüm və nə öyrəndim? Bölüşürəm.

Bu barədə jurnalist Həmid Həmidov özünün “Telegram” kanalında yazıb.

“1. Hər şeyin necə bitəcəyini mükəmməl başa düşən Arayikin qorxmuş və özünü itirmiş siması;

2. Oraya məcburən göndərilmiş bir neçə min separatçının qorxmuş və özünü itirmiş siması (Görəsən müharibədən sonra ora qayıtdıqları iddia edilən Xankəndinin 50 min sakini haradadır?);

3. Rusiya sülhməramlıları ilə birlikdə və onlar üçün kilsə ibadətinə görə Azərbaycan torpağına gələn rusiyalı din xadimi.

Oradakı separatçılarla - ümidsiz kütlənin oyuncaqları ilə hər şey aydın olduğu halda, keşiş dərhal suallar yaratdı. Bunlardan əsas sual, o keşişin orada nə azarı vardı?

Dəqiq bilirəm ki, Azərbaycan tərəfi bu məsələni dərhal rusiyalı həmkarları qarşısında qaldırıb.
Artıq bu gün Silahlı Qüvvələrimiz bu keşişin Xudavəngi ziyarət etməsinə icazə verməyib.

Rusiyanın sülhməramlıları qəzəbimizin ciddiliyini başa düşərək tələsik keşişdən imtina ediblər.

Növbəti üç gündə işləri korlamış keşiş Rusiyaya qayıtmalı və rəhbərliyinə (hamımız bu kahinlərin əslində hansı orqanların təmsilçiləri olduqlarını başa düşürük) cavab verməlidir. Məlumat etibarlıdır.

Kremldəki başbilənlər başa düşməlidir ki, Azərbaycan qısa müddətdə ərazinin sülhməramlıların nəzarətində olan hissəsini mütləq nəzarətə götürəcək. Ancaq bunu dinc yolla etmək - 10 noyabr razılığına görə və ya 44 gündə olduğu kimi etmək mümkündür. İnanın, bu dəfə hər şey daha sürətli olacaq ...

Yəni seçim onlarındır - ya razılaşmaya riayət etmək, ya da vəziyyəti ağırlaşdırmağa davam etmək”.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri