Apr
2021
11:36
172
11
1418
Virtual karabakh

Ümid Mirzəyev: “Ermənistan mina xəritələrini Azərbaycana verməməklə təhlükə yaradır”

5 Apr, 2021
11:36
1418

Ümid Mirzəyev: “Ermənistan mina xəritələrini Azərbaycana verməməklə təhlükə yaradır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mina təhlükəsi ilə mübarizə heç vaxt bu qədər vacib olmamışdır. Bu istiqamətdə mina təhlükəsizliyi ilə mübarizə proqramı gücləndirilib”.

Bu sözləri Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar brifinqdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev deyib.

O bildirib ki, mina təhlükəsi ilə mübarizədə bir sıra önəmli proqramlar tərtib edilib:

“Müharibə dövründə mina və partlamamış sursat riskinin aradan qaldırılması, qadağan olunmuş silah və sursatlardan istifadəyə dair faktların dünya ictimaiyyətinə çatdırılmasında göstərilən dəstəkdən qüruru duyuruq. Bütün bunlar BAMF tərəfindən hazırlanan hesabatda ictimaiyyətə elan olundu. 44 gün ərzində davam edən Vətən müharibəsi əhalinin uzun illər həsrətində olduğu günü gücləndirdi. Düşmənin yerüstü qüvvələri məhv edilsə də yeraltındakı minalar hələ də qalıb.

Son ayda 40-a yaxın şəxs işğaldan azad olunan ərazilərə səfər edərkən həlak olub və ağır yaralanıb. Onlar dədə-baba torpaqlarına keçib, öz əzizlərinin məzarlarını ziyarət etmək istəyən şəxslərdir. Minalar daha çox mülkilər yaşayan ərazilərdə, kənd və qəsəbə içi cığırlara, yollara, elektrik dirəklərinin altına basdırılmaqla ciddi təhlükə yaradır. Ermənistan tərəfi minaların yerləşdirildiyinə dair xəritələri Azərbaycana verməməklə ciddi təhlükə yaradır”.

Bu gün işğaldan azad olunan ərazilərdə ciddi mina təhlükəsi ilə üz-üzəyik:

“Bu səbəbdən insanları mina qurbanı olmaqdan xilas etmək üçün onların işğaldan azad olunmuş ərazilərə keçməməsi üçün maarifləndirmə işlərində ANAMA ilə sıx əməkdaşlıq edirik. Bu gün Vətəndaş cəmiyyəti qurumları “Minasız dünya arzusu” platforması ətrafında birləşib. Mina risklərinin aradan qaldırlması və bərpasına uzun zaman lazımdır. Hesab edirik ki, belə həssas dönəmdə dövlət, beynəlxalq təşkilatlar, digər maraqlı tərəfləri bir araya gətirməklə bu məsələni gündəmdə saxlamaq və daha tez zamanda bu problemin həllinə nail olmaq olar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri