Apr
2021
13:24
234
13
5048
Virtual karabakh

Bakının mövqeyi qazanan tərəfin mövqeyidir: İrəvanda kütləvi ayılma

9 Apr, 2021
13:24
5048

Bakının mövqeyi qazanan tərəfin mövqeyidir: İrəvanda kütləvi ayılma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni təxribatçı və terrorçuların aprelin 8-də İrəvan hava limanında sonuncuların Azərbaycandan qayıdacağını əsassız olaraq gözləyən qohumları Ermənistan Müdafiə Nazirliyinin binasındakı etirazçılara qoşulublar.

Bu barədə Caliber.Az məlumat verir.

Erməni KİV-ləri xəbər verir ki, guya bir qrup erməni diversantını gətirəcək təyyarə “Erebuni” hava limanına boş enib. Mövcud məlumatlara görə, təyyarədə yalnız Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov olub.

Müharibə bitdikdən sonra Azərbaycanda saxlanılan erməni hərbçilərinin İrəvana çatdırılacağı barədə əvvəllər Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan məlumat verib. Bundan sonra diversantların çoxsaylı qohumları hava limanına toplaşıb. Lakin təyyarədə Muradovdan başqa heç kimin olmadığını başa düşərək Müdafiə Nazirliyinin binasındakı etiraz aksiyasına qoşulublar. Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin binasının bütün giriş və çıxışları artıq ikinci gündür Qarabağ müharibəsi zamanı itkin düşmüş erməni əsgərlərinin yaxınları tərəfindən bloklanır.

Bununla yanaşı, Ermənistan ictimaiyyətinin boş təyyarəyə reaksiyası çox gözlənilmədi. “Sputnik Ermənistan”ın müxbirinin verdiyi məlumata görə, etirazçılar aqressivdirlər və kontakta getmirlər. Öz növbəsində, itkin düşənlərin yaxınları ümidsizdirlər və radikal addımlar atmağa hazırdırlar. Yüksək rütbəli polis məmurları onlarla danışıqlar aparır, lakin bunun indiyə qədər heç bir nəticəsi yoxdur.

Ermənistan Müdafiə Nazirliyinin bir neçə əməkdaşı divardan aşaraq binanı tərk edə bilib. Bundan sonra etirazçılar tərəfindən bütün giriş-çıxışlara nəzarət gücləndirilib.

Xatırladaq ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytardığını dəfələrlə bəyan edib.

Və Bakı tamamilə haqlı davranaraq, 10 noyabrdan sonra Qarabağda tutulan bütün erməni əsgərlərini təxribatçı hesab edir və onlara qarşı cinayət işi başladıb.

“Hərbi məhbuslar hərbi cinayətkarlar, terrorçular kimi mühakimə olunacaq... Bizim başa düşməyən hökumətimiz əllərini yudu. Ermənistan səlahiyyətlilərindən başqa hamı məhkumların problemləri ilə maraqlanır. Üstəlik, Ermənistan hökuməti nəinki maraqlanmır, həm də valideynlərə ümid verir, onları hava limanında saatlarla gözləməyə məcbur edir, sonra üzr istəyir”, - deyə BlogNews.am-ın redaktoru Aram Gevorgyan yazıb.

Ermənistan Milli Məclisinin keçmiş deputatı, “Avropaya İnteqrasiya” ictimai təşkilatının sədri Naira Karapetyan Ermənistanın baş nazirinə müraciət edib:

“Nikola, gəl, özxoşuna çıx get, gələcəyimiz üçün get”.

“Bu gün Azərbaycanın Xarici İşlər naziri əsgərlərimizin terrorçu sayıldığını və Ermənistanın xain Paşinyanın imzaladığı təslim aktının bütün müddəalarını yerinə yetirmək məcburiyyətində olduğunu təsdiqlədi. Bir neçə ay əvvəl dediklərimi təkrarlamaqdan usanmayacağam. Azərbaycan bizə heç kimi verməyəcək. Əlbəttə ki, bəzi əsirlər sərbəst buraxıla bilər. Ancaq bunun qarşılığında, şübhəsiz ki, yeni ərazilər şəklində ciddi dividentlər alacaqlar. Nə qədər ağrılı olsa da, həqiqət budur. Bunu dəyişdirməyin yalnız bir yolu var - xain Nikolun hakimiyyətdən uzaqlaşdırılması”, - deyə politoloq və regional təhlükəsizlik mütəxəssisi Hrant Melik-Şahnazaryan qeyd edib.

“Azərbaycanda olan erməni əsirlərlə bağlı problem tezliklə həll olunmayacaq”, - Blognews.am portalının xəbərinə görə, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan bildirib.

Onun sözlərinə görə, Ermənistanın birbaşa Azərbaycana təsir etmək üçün resursları yoxdur.

“Azərbaycandan nəinki tələb etmək, hətta onunla bu mövzuda danışmağın belə mümkün olduğu bir format yoxdur. Bu üçüncü ölkələr vasitəsilə edilə bilər və bu, əsasən Rusiyadır. Ermənistanın baş naziri elə bunu etməyə çalışır”, - deyə o vurğulayıb.

İsgəndəryan hesab edir ki, Bakının hətta Putinin tələbindən sonra da bütün erməni əsirlərini geri qaytarması ehtimalı azdır.

“Azərbaycanın tutduğu mövqe müharibəni qazanan tərəfin mövqeyidir”, - o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri