15 
Apr
2021
20:03
38
135
2128
Virtual karabakh

“Qarabağ Xronikası”, XXIII buraxılış: Bakı cavab gözləyir... - VİDEO

15 Apr, 2021
20:03
2128

“Qarabağ Xronikası”, XXIII buraxılış: Bakı cavab gözləyir... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin hərbi müxbiri Fərdin İsazadə “Qarabağ Xronikası” proqramının XXIII buraxılışında Rusiya tərəfindən “İsgəndər-M” operativ-taktiki raket komplekslərinin Ermənistana verilməsinin yeni mümkün faktlarını təqdim edib.

O, Rusiyanın “Kommersant” qəzetinin 8 oktyabr 2018-ci il tarixli “Nikol Paşinyan Kremlin hüzuruna çıxacaq” başlıqlı məqaləsinə diqqət çəkir. Yazıda 2016-cı ildə Rusiyanın Ermənistana 9M723 raketləri olan “İsgəndər-M” sisteminin verildiyi qeyd olunur.

“Rusiyanın hərbi rəhbərliyi “İsgəndər-M” komplekslərini İrəvana təslim edərək, Ermənistanla münasibətlərdə qeyri-ardıcıl və situativ yanaşmaya üstünlük verib.

Yəni, Ermənistanın üzərindəki təsiri qorumaq üçün yalnız Azərbaycanla tərəfdaşlıq münasibətləri deyil, eyni zamanda bütün bölgənin təhlükəsizliyi gözardı edilib”, -deyə jurnalist qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri