15 
Apr
2021
21:29
71
695
11059
Virtual karabakh

Cəbrayılda yaralanan erməni FHN dəstə komandirini Azərbaycan hərbçiləri xilas edib - FOTO

15 Apr, 2021
21:29
11059

Cəbrayılda yaralanan erməni FHN dəstə komandirini Azərbaycan hərbçiləri xilas edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün işğaldan azad olunmuş ərazilərdə erməni hərbçilərinə məxsus cəsədlərin qalıqlarının axtarışı zamanı erməni FHN dəstə komandiri yaralanıb.

Erməni KİV-in yaydığı məlumata görə, hadisə Cəbrayıl rayonunun Kənd Horadiz ərazisində baş verib. Erməni komandir sağ ayaq pəncəsindən yaralanıb və ona ilk tibbi yardımı Azərbaycan hərbçiləri göstərib. Daha sonra yaralı Xankəndi hospitalına çatdırılıb və əməliyyat olunub. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, bu, axtarış işləri zamanı baş vermiş sayca üçüncü analoji hadisədir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri