16 
Apr
2021
15:47
169
25
4676
Virtual karabakh

“Caliber”dən təhlil: Kremlin qüllələri və Əliyevin şahmat partiyası- VİDEO

16 Apr, 2021
15:47
4676

“Caliber”dən təhlil: Kremlin qüllələri və Əliyevin şahmat partiyası- VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq bir neçə gündür ki, erməni auditoriyası qəzəbdən özünə gələ bilmir, azərbaycanlılar isə gülməyini saxlaya bilmir. Səbəb isə ələ keçirilmiş və vurulmuş erməni texnikaları ilə, habelə növbəti taktiki geri çəkilməsindən sonra erməni “Müharibə Tanrıları”nı əks etdirən gülməli manekenlərin olduğu Qənimət Parkının açılışıdır.

Bu arada regionda park ətrafında yaradılan məlumat hay-küyündən daha ciddi hadisələr baş verir.

“Caliber” “Youtube” layihəsinin süjetində Qarabağ ətrafında baş verən son günlərin hadisələrini ətraflı araşdırılır.

“İstənilən ssenari üçün İlham Əliyevin bir neçə gedişi qabaqcadan hesablayan təcrübəli şahmatçı kimi dəqiq planı var. Əlbəttə ki, Bakı regionda sülh və əməkdaşlıq istəyir, kommunikasiyaların blokadadan çıxarılmasının tərəfdarıdır. Ancaq İlham Əliyev üçün sülh – qalib ölkənin sadəlövh səxavətlə öz milli maraqlarından məğlub düşmənin xeyrinə qurban verə biləcəyi məqsəd deyil. Real siyasətdə milli maraqlar mümkün qədər sərt şəkildə müdafiə edilməlidir.

Azərbaycanın hədəfi tamamilə aydın göstərilib - bütün Qarabağ ərazisinin inteqrasiyası, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında silahlı quldurların tərksilah edilməsi və Laçın dəhlizi üzərində effektiv nəzarət. Bu məqsədə də çatacağıq”, - deyə süjetdə deyilir.

Daha ətraflı “Caliber”in videosunda:

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri