18 
Apr
2021
17:36
749
20
6859
Virtual karabakh

Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib - FOTO/VİDEO

18 Apr, 2021
17:36
6859

Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib.

Bu barədə “İRS Azərbaycan” məlumat yayıb.

Məlumatda ermənilərin “ulu bulağımızın qədim yazısını sildilər”, -deyə hay-küy qopardıqları və Azərbaycanı ittiham etdikləri qeyd olunur. Halbuki, əslində o yazıların yerində işğaldan əvvəl bulağı çəkdirən Səməd ağa Cavanşirin adı olub. Bulağın yuxarı hissəsində ərəb əlifbasıya yazılan kitabədə onun hicri təqvimlə 1318-ci ildə inşa olunduğu bildirilib ki, bu da qriqorian təqvimiylə 1900-cü ilə təsadüf edir.

Azərbaycan mədəniyyəti izlərini silməyə çalışan ermənilər bu kitabəni məhv edib, əvəzinə xaç, eləcə də rus və erməni dillərində yazılar əlavə ediblər. Bu isə silahlı münaqişə dövründə mədəni irsin qorunması üzrə Haaqa konvensiyasının kobud şəkildə pozulmasıdır.  

Ermənilərin 1992-ci ilin mayında Şuşanı işğal etdikdən sonra çəkdikləri videoda bulağın üzərində yazılar yazan erməni keşişini görmək mümkündür. Həmçinin, videoda ərəb əlifbasıyla yazılan kitabənin də yerində olduğu görünür.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri