20 
Apr
2021
17:51
198
16
2219
Virtual karabakh

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib - VİDEO

20 Apr, 2021
17:51
2219

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün Bakı Dövlət Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının “Təşəbbüs" qrupu tərəfindən elmi-praktiki seminar keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, seminarın əsas məqsədi dinləyicilərin hərbi psixologiya sahəsində ixtisas hazırlığının təkmilləşdirilməsi, psixoloji işə dair yeni üsul və vasitələrin düzgün tətbiqi qaydalarının aşılanması, həmçinin onların peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarət olub.

Seminar zamanı müxtəlif mövzularda müzakirələr təşkil edilib, hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi və hərbi kollektivlərdə sosial-psixoloji, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi mövzularında mühazirələr oxunub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri