25 
Apr
2021
00:57
15
645
9709
Virtual karabakh

“Araikin Moskvaya səfəri və ya “Polişinelin sirri” - VİDEO

25 Apr, 2021
00:57
9709

“Araikin Moskvaya səfəri və ya “Polişinelin sirri” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Caliber” layihəsinin “YouTube” kanalında “Araikin Moskvaya səfəri və ya “Polişinelin sirri” adlı növbəti təhlil yayımlanıb.

Layihə müəllifləri bir neçə gün bundan əvvəl Rusiyanın “Russian Today” nəşrində yayımlanan “Dəyişikliklərin dəyəri. Populizm və hakimiyyət uğrunda mübarizə texnologiyaları” adlı videonun da mahiyyətini açıqlamağı unutmayıblar.

Sözügedən videonun müəllifləri Ermənistanın bütün bəlarında Nikol Paşinyanın günahkar olduğunu göstərib. Artıq mövcud olmayan “Ohanyan xəttinin” müəllifi isə Nikol Paşinyan olmasaydı, hələ də öz postunda qala biləcəyini bildirib.

“Caliber” isə sözügedən videonun təqdimatının Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlə üst-üstə düşməsinə diqqət çəkib.

“Caliber”in müəllifləri həmçinin Araik Arutyunyanın Moskvaya səfər etməsi faktının öz təsdiqini tapmasını qeyd edib, Kremlin əlində sadəcə “alət” olan bu şəxsin nəyə görə məhz bu cür gərgin bir zamanda istifadə edilməsi sualına cavab axtarıblar.

Ətraflı videoda:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri