30 
Apr
2021
12:24
334
14
5347
Virtual karabakh

Ərdoğan MEMATT-ın Azərbaycanda istifadəsindən danışdı - FOTO/VİDEO

30 Apr, 2021
12:24
5347

Ərdoğan MEMATT-ın Azərbaycanda istifadəsindən danışdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mexaniki Mina Təmizləmə Təchizatının (MEMATT) Azərbaycanda istifadəsindən danışıb.

“Anadolu Agentliyi”nin məlumatına görə, dövlət başçısı bu barədə ölkənin müdafiə sənayesinin yeni məhsulları ilə tanış olarkən söz açıb.

Belə ki, sərgidə uzaqdan idarəediləbilən minatəmizləmə vasitəsinin işi əyani göstərilməyib. Vəziyyəti belə görən prezident MEMATT-ın necə işlədiyinə Azərbaycanda şahid olduğunu bildirib.

“Bu texnika hazırda Azərbaycanda istifadə edilir. Buradakı dostların bizə yazıqları gəldikləri üçün bura minalar döşəməyiblər. Azərbaycanda biz o minaları ərazidə gördük və onların təmizlənməsini izlədik. Çox uğurlu bir texnikadır”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri