May
2021
13:20
252
68
4317
Virtual karabakh

Ekspert: “Rusiya sülhməramlılarında minalanmış ərazilərin xəritəsi var”

1 May, 2021
13:20
4317

Ekspert: “Rusiya sülhməramlılarında minalanmış ərazilərin xəritəsi var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağdakı minalanmış ərazilərin xəritəsi rus sülhməramlılarında da var”.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Turab Rzayev deyib.

“Ermənistandan minalanmış ərazilərin xəritəsi tələb edildikdə deyirlər ki, belə bir xəritə yoxdur.

Bəs necə olur ki, bizim 20-yə yaxın adamımız minaya düşüb, həlak olur, amma sülhməramlıların, ermənilərin olduğu bölgədə bir nəfər də minaya düşmür?! Demək ki, onlar bu minaların yerini bilir. Bölgədə həddindən çox aktiv olduqlarını nəzərə alsaq, onların itkisi bizdən iki dəfə çox olmalı idi. Buna görə də hesab edirəm ki, minaların xəritəsi rus sülhməramlılarında da olduğu üçün minaya düşmürlər.

Bir müddət əvvəl minaya düşərək yaralanan sülhməramlılar məsələsi isə ehtiyatsızlıqdan olub. Mina köhnələndə, yeri dəyişəndə gözlənilməyən problemlər və s. ola bilir. Bundan heç kim sığortalanmayıb”, - o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri