May
2021
17:36
446
15
2108
Virtual karabakh

Yevgeni Mixaylov: “Ermənilər Moskvaya hörmət etmir. Njdenin abidəsi parçalanmalıdır”

6 May, 2021
17:36
2108

Yevgeni Mixaylov: “Ermənilər Moskvaya hörmət etmir. Njdenin abidəsi parçalanmalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi cinayətkar Vitali Balasanyan, Hitlerin Qarabağdakı kollaborantı Qaregin Njdenin abidəsinin ən azı bir neçə günlük sökülməsini, 9 maydan - Rusiya tərəfi Böyük Vətən müharibəsindəki qələbəni qeyd etdikdən sonra isə yerinə qaytarılmasını təklif edib.

“Rusiya tərəfinin Böyük Vətən müharibəsindəki qələbəni qeyd edəcəyi vaxt” ifadəsi diqqəti üzərində toplayır. Belə görünür Qələbə günü Balasanyan üçün bayram deyil. Yeri gəlmişkən, bir müddət əvvəl abidənin üzərinə “Bura sizin üçün Armavir deyil” (Rusiyanın Armavir şəhərindəki Njdenin xatirə lövhəsinin sökülməsinə eyham vurulur) xəbərdarlığı edilmişdi.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “Youtube” kanalının aparıcısı Yevgeni Mixaylov Caliber.Az-a verdiyi müsahibəsində bildirib ki, Xocavənddə Qaregin Njdenin abidəsi Rusiya tərəfinin məntiqiylə açıq-aşkar uyğun gəlmir və Vitali Balasanyan bunu çox yaxşı başa düşür:

“Üstəlik, 9 May, faşizm üzərində böyük qələbənin qeyd olunduğu gün yaxınlaşır: erməni tərəfinin tam riyakarlığı məni təəccübləndirmir. Artıq mövcud olmayan separatçı qurumun nümayəndələri Moskvanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə faşisti bütləşdirməsi, şərəfinə abidə ucaltması və abidəni sökməkdən qəti şəkildə imtina etməsindən narazı olduğunu yaxşı bilirlər. “Bura sizin üçün Armavir deyil” şüarı, Qarabağ ermənilərinin Rusiyaya olan həqiqi münasibətini əyani göstərir”.

“Erməni diasporu öz kumirini Rusiyanın Armavir şəhərində müdafiə edə bilmədi, indi də Azərbaycanın Qarabağ bölgəsində Njdenin abidəsinin sökülməsinin qarşısını almağa çalışır. Maraqlıdır, əgər sülhməramlılar özləri abidəni yıxsalar necə olacaq? Onlara hücum olacaq? Şübhə edirəm. Sadəcə, Moskva növbəti dəfə faşizmin təriflənməsindən xoşu gəlmədiyini nümayiş etdirər və bu məsələyə nöqtə qoya bilər. Həm də Xocavənd İrəvan deyil, hansı ki, Rusiyanın narazılığına baxmayaraq, ermənilər abidə ucaltdılar. Xocavənd Azərbaycanın Qarabağ bölgəsinin ərazisidir və Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır. Bakı abidənin sökülməsinə qarşı olmayacaq. Əgər bu belədirsə, onda sülhməramlıların faşizmi qəhrəmanlaşdıran əhalinin bir hissəsinin fikirlərini dinləməyə heç bir səbəbi yoxdur”, - deyə ekspert vurğulayıb.

Yevgeni Mixaylov yenidən düşüncələrin riyakarlığına işarə etdi, yəni gəlin abidəni üç günlük sökək, sonra yenidən quraşdıraq.

“Sökülmə sülhməramlıların nəzarəti altında və əzici maşınların köməyi ilə aparılmalıdır, o zaman qaytarılmalı bir şey də olmayacaq. Ermənilərin faşizmi tərifləməsinin əleyhinə olan Moskvanın mövqeyinə hörmət etməməsi göz qabağındadır və əgər belədirsə, onda onları dinləməyə nə ehtiyac var?” - deyə ekspert sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri