May
2021
00:34
238
29
6731
Virtual karabakh

Ağdam Cümə məscidinin 2018-ci ildə çəkilmiş görüntüləri yayılıb - VİDEO

Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev şəxsi “Twitter” səhifəsində Ağdamdakı Cümə məscidinin 2018-ci ildə çəkilmiş videogörüntülərini paylaşıb.

Bu görüntülər tarixi abidənin ermənilər tərəfindən donuz tövləsi kimi istifadə olunduğunu bir daha sübut edir.

İşğal illərində məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri