İyn
2021
01:25
18
495
3765
Virtual karabakh

“Haber Global”: 10 noyabrdan sonra 27 azərbaycanlı mina partlaması səbəbindən həlak olub - FOTO/VİDEO

5 İyn, 2021
01:25
3765

“Haber Global”: 10 noyabrdan sonra 27 azərbaycanlı mina partlaması səbəbindən həlak olub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Haber Global” saytı Qarabağda hərbi əməliyyatların sona çatdığı gündən bəri erməni minalarına düşərək həyatını itirmiş azərbaycanlılarla bağlı araşdırma aparıb.

Bildirilib ki, atəşkəs barədə 10 noyabr 2020-ci il razılaşmasından bu yana 20 mülki şəxs və 7 hərbçimiz işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həlak olub, 89 hərbçi və 29 mülki şəxs isə yaralanıb.

Bununla yanaşı, sayt son aylar ərzində mina partlaması nəticəsində həyatını itirmiş azərbaycanlı mülki şəxslər barədə qısa aftobioqrafik məlumatları dərc edib.

Mahmudov Bəxtiyar Mahmud oğluMahmudov Bəxtiyar Mahmud oğlu
15.06.1988-ci il tarixində Laçın rayonunun Ərikli kəndində anadan olub. Evli olub. Tərtər rayonunun Seyidimli kəndində yaşayırdı, 18.02.2021-ci il tarixdə saat 18.00 radələrində Tərtərin işğaldan azad edilmiş Talış kəndində tank əleyhinə minanın partlaması nəticəsində həyatını itirib.

Əhmədov Yasin Ələsgər oğlu

Əhmədov Yasin Ələsgər oğlu
07.12.1984-cü il tarixində Xocavənd rayonunun Köşbək kəndində anadan olub. Evli olub. 14.11.2020-ci ildə Füzulidə minaya düşərək həlak olub.

Hacıyev Şakir Məhərrəm oğlu

Hacıyev Şakir Məhərrəm oğlu
10.05.1955-ci ildə Füzülinin Üçbulaq kəndində anadan olub. Subay olub. 28.11.2020 il tarixində, saat 15:00 radələrində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindəki minaya düşərək həlak olub. 

Hacıyev Zülfüqar Adişirin oğlu

Hacıyev Zülfüqar Adışirin oğlu
23.09.1959-cu ildə Füzuli rayonunun Hoğa kəndində anadan olub. Evli olub. 28.11.2020-ci il tarixdə, saat 15:00 radələrində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində maşınla keçərkən minaya düşərək həlak olub.

Hacıyev Firudun Məhərrəm oğlu 

Hacıyev Firudin Məhərrəm oğlu
23.07.1964-cü ildə Füzuli rayonunun Hoğa kəndində anadan olub. Evli olub. 28.11.2020-ci il tarixdə, saat 15:00 radələrində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində maşınla keçərkən minaya düşərək həlak olub.

Adilzadə Zibeyde Şakir qızı

Adilzadə Zibeydə Şakir qızı
30.11.1982-ci ildə Füzülinin Üçbulaq kəndində anadan olub. 28.11.2020-ci il tarixdə saat 15:00 radələrində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində maşınla keçərkən minaya düşərək həlak olub.

Babayev Zabil Qabil oğlu

Babayev Zabil Qabil oğlu
26.05.1981-ci ildə Füzulinin Şükürbəyli kəndində anadan olub. 1 yanvar 2021-ci il tarixdə, saat 11:00 radələrində Füzuli rayonunun işğalından azad edilmiş Qorqan kəndində erməni qüvvələri tərəfindən qoyulmuş minaya düşərək həlak olub.

İmanov Bəhruz Telman oğlu

İmanov Bəhruz Telman oğlu
03.04.1981-ci ildə anadan olub. Beyləqanın 1-ci Şahsevən kəndində yaşayıb. 02.02.2021-ci il tarixdə, saat 17:00 radələrində işğaldan azad edilən Yuxarı Yağlıvənd kəndində torpaq yolda yük maşınıyla keçərkən tank əleyhinə minanın partlaması nəticəsində həyatını itirib.

Məmmədov Elçin Qanboy oğlu

Məmmədov Elçin Qanboy oğlu
17.07.1990-cı ildə Ağdam rayonunda anadan olub. Ağdamın Zəngişanlı kəndində yaşayıb. 13.12.2020-ci il tarixində Ağdamın Zəngişanlı kəndində mina partlaması nəticəsində ölüb.

Hüseynov Bayram Akif oğlu

Hüseynov Bayram Akif oğlu
12.03.1987-ci ildə Ağdam rayonunda anadan olub. Ağdam rayonunun Əfəli kəndində yaşayıb. 16.03.2021-ci il tarixində Ağdam rayonunun Yusifcanlı kəndində mina partlaması nəticəsində həyatını itirib.

Hüseynov Razi Akif oğlu 

Hüseynov Razi Akif oğlu
28.12.1979-cu ildə Ağdam rayonunda anadan olub. Ağdam rayonunun Əfəli kəndində yaşayıb. 16.03.2021-ci il tarixində Ağdam rayonunun Yusifcanlı kəndində mina partlaması nəticəsində həyatını itirib.

Verdiyev Şahin Vahid oğlu

Verdiyev Şahin Vahid oğlu
01.01.1977-ci ildə Ağcabədi rayonunda anadan olub. 26.04.2021-ci il tarixdə, saat 17:00 radələrində Ağdam rayonunun Mərzili kəndində minaya düşərək həlak olub.

Quliyev Mehman Allahverdi oğlu

Quliyev Mehman Allahverdi oğlu
06.12.1988-ci ildə anadan olub, 7 fevral 2021-ci il tarixdə, saat 17:00 radələrində Cəbrayıl rayonunun Nüzgər kəndində maşınla üzərindən keçdiyi “TM62P2” tipli minanın partlaması nəticəsində həlak olub.

Ələsgərov Müstəqim Allahvərən oğlu

Ələsgərov Müstəqim Allahverən oğlu
11.11.1971-ci ildə anadan olub. 7 fevral 2021-ci il tarixdə, saat 17:00 radələrində Cəbrayıl rayonunun Nüzgər kəndində maşınla üzərindən keçdiyi “TM62P2” tipli minanın partlaması nəticəsində həlak olub.

Əhmədov İlqar Nəbi oğlu 

Əhmədov İlqar Nəbi oğlu
18.12.1969-cu ildə anadan olub. 7 fevral 2021-ci il tarixdə, saat 17.00 radələrində Cəbrayıl rayonunun Nüzgər kəndində maşınla üzərindən keçdiyi “TM62P2” tipli minanın partlaması nəticəsində həlak olub.

Yaqubov Fəxrəddin Yaqub oğlu

Yaqubov Fəxrəddin Yaqub oğlu
09.07.1962-ci ildə Qubadlı rayonunda anadan olub. Evli idi. 22.11.2020-ci il tarixdə saat 11:00 radələrində ərazidə yaralı əsgərin olub-olmadığını yoxlamaq üçün təcili tibbi yardım maşınında Qubadlı rayonundan Laçına gedərkən mina partlaması nəticəsində həlak olub.

Qəhrəmanov Üzeyir Xəlil oğlu

Qəhrəmanov Üzeyir Xəlil oğlu
22.02.1969-cu ildə Füzuli rayonunun Bəhmənli kəndində anadan olub. Evli idi. 22.11.2020-ci il tarixdə, saat 11:00 radələrində ərazidə yaralı əsgərin olub-olmadığını yoxlamaq üçün təcili tibbi yardım maşınında Qubadlı rayonundan Laçına gedərkən mina partlaması nəticəsində həlak olub.

İbrahimov Məhərrəm Əli oğlu (Jurnalist)

İbrahimov Məhərrəm Əli oğlu
16.04.1982-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) müxbiri idi. 04.06.2021-ci il tarixdə saat 11:00 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndində vəzifəsini yerinə yetirərkən maşınla tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.

Abışov Sirac Abış Oğlu (operator)

Abışov Sirac Abış oğlu
Abışov Sirac 1989-cu ildə anadan olub. Azərbaycan Dövlət Televiziyasının (AZTV) operatoru idi. 04.06.2021-ci il tarixdə saat 11:00 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndində vəzifəsini yerinə yetirərkən maşınla tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.

Əliyev Arif Ağalar oğlu

Əliyev Arif Ağalar oğlu
Arif Əliyev Kəlbəcər rayon Susuzluq kəndinin icra nümayəndəsi idi. 04.06.2021-ci il tarixdə saat 11:00 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndində vəzifəsini yerinə yetirərkən maşınla tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri