İyn
2021
11:33
147
5
2271
Virtual karabakh

“Haber Global”ın müxbiri: “Beynəlxalq təşkilatlar mina xəritələri ilə bağlı hərəkətə keçməlidir” - VİDEO

8 İyn, 2021
11:33
2271

“Haber Global”ın müxbiri: “Beynəlxalq təşkilatlar mina xəritələri ilə bağlı hərəkətə keçməlidir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan minlərlə günahsız mülki şəxsi qətlə yetirib”.

Bunu “Haber Global”ın müxbiri Həsən Uylaş bildirib.

O qeyd edib ki, Vətən müharibəsi dövründə də Ermənistan mülki şəxsləri hədəf aldı:

“Tərtərdə, Bərdədə bunların bir çox nümunələrinə şahid olduq. İndi müharibənin bitməsinə, Qarabağın azad olmasına rəğmən mülki şəxslər zərər çəkməyə davam edir. Çox təəssüf ki, nəticədə iki jurnalist dostumuz orada şəhid oldu”.

O bildirib ki, Sirac Abışovla Kəlbəcərdə tanış olub, şəhid olması xəbərinə çox məyus olublar.

Jurnalistin sözlərinə görə, Ağdam istiqamətində çəkiliş apararkən yolun hər iki tərəfində minaların basdırılmasının şahidi olublar. O vurğulayib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini vermədiyindən, Azərbaycan minaların bastırldığı ərazilərdən məlumatsız olduğundan bu istiqamətdə əsas iş beynəlxalq təşkilatların üzərinə düşür:

“Beynəlxalq təşkilatlar hərəkətə keçməlidir. Minalanmış ərazilərin xəritəsi Azərbaycana təhvil verilməlidir. Yoxsa mülki itkilərin sayı artacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri