11 
İyn
2021
12:36
281
17
5042
Virtual karabakh

“Tarix yazan şəhidlər” adlı abidənin açılış mərasimi keçirildi - FOTO

11 İyn, 2021
12:36
5042

“Tarix yazan şəhidlər” adlı abidənin açılış mərasimi keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqan rayonu Milabad qəsəbəsində “Tarix Yazan Şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunmuş abidənin açılışında şəhidlərin yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, məktəblilər və qəsəbə sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, ordumuzun Vətən müharibəsində  yazdığı tarixi salnamədən, ərazi bütövlüyümüz uğrunda şəhid olanların qisasının düşməndən layiqincə alındığından danışıblar.

Şəhidlərin yaxınları abidənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirərək dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.

Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri