17 
İyn
2021
16:12
773
24
7382
Virtual karabakh

Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək – ŞƏRH

17 İyn, 2021
16:12
7382

Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla Türkiyə birgə silah istehsal edə bilərlər.

İki ölkə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi belə deməyə əsas verir.

İki ölkənin birgə silah istehsalı dəfələrlə nəzəri əsaslarla gündəmə gəlsə də, bu, reallaşmayıb.

Azərbaycanın Qarabağ müharibəsində qələbə qazanmasından sonra regionda yaranan yeni geosiyasi mənzərə birgə silah istehsalını da aktuallaşdırır.

Azərbaycan artıq digər müttəfiqi İsraillə belə bir layihəyə start verib.

Belə ki, İsrailin “Meteor Aerospace” şirkəti Xəzər Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb, müəssisə “Caspian Meteor” adlanır.

“Caspian Meteor” xüsusi mülkiyyət statusunda yüksək texnoloji müdafiə şirkətidir.

 “Meteor Aerospace” şirkəti pilotsuz uçuş aparatları, pilotsuz gəmilər, dəqiq zərbə endirən raketlər, hava hücumundan müdafiə sistemlərinin və peyklərinin yaradılması üzrə ixtisaslaşıb.

İndi Şuşa Bəyannaməsi Bakı-Ankara hərbi əməkdaşlıq əlaqələrini yeni mərhələyə gətirir və birgə istehsal aktuallaşır.

Bəyannamədə yazılıb ki, tərəflər dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək.

Həmçinin qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcəklər.

Bunlar yaxın gələcəkdə birgə silah, o cümlədən beşinci nəsil silah istehsalına zəmin yaradan bəndlərdir.

Birgə istehsalın hədəfləri: 

1. Regionda digər güclərin hərbiləşməsinə qarşı birgə immunitet formalaşdırmaq,

2. Gələcəkdə keçirilə biləcək hər hansı hərbi əməliyyatları, antiterror əməliyyatlarını optimallaşdırmaq, çeviklik və operativliyi təmin etmək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri