23 
İyn
2021
14:24
8
417
5940
Virtual karabakh

Zərərçəkmiş: “Ermənilər azərbaycanlı əsiri diri-diri yandırdılar”

23 İyn, 2021
14:24
5940

Zərərçəkmiş: “Ermənilər azərbaycanlı əsiri diri-diri yandırdılar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1994-cü ildə Kəlbəcər istiqamətində, Murovdağda əsir düşmüşəm”.

“Report”un xəbərinə görə, bunu əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında ifadə verən zərərçəkmiş Yaşar Abduləliyev deyib.

O bildirib ki, əsirlikdə olan zaman ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb:

“Eyvaz, Seymur və mən əsir düşmüşdük. Ermənistan MTN-in nümayəndəsi gəlib bizimlə söhbət etməyə başladı. Çox işgəncə verdilər. Sonra dedilər ki, Seymura işgəncə veriləndə o, müqavimət göstərib, ermənilər də onun üstünə benzin töküb yandırıblar. Bizi ayağımızdan və başımızdan zəncirlədilər. Seymurun yanmış meyitini mənə göstərdilər. Sonra məni uzun müddət gizlətdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdu. Üç aydan sonra məni Şuşa həbsxanasına gətirdilər. Orada o qədər işgəncələr verdilər ki, ölümcül vəziyyətə düşdüm. Xankəndi uşaq xəstəxanasına aparıb müalicə etdilər, yenidən Şuşa həbsxanasına qaytardılar”.

“Mkrtiçyan, Qəhərmanyan, Petrosyan məni dəfələrlə döyüb. Mkrtiçyan ağzıma rezin bağladı, ağac parçası və kəlbətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mkrtiçyan Şuşa həbsxanasında bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirdi. Mkrtiçyan Suqovuşanda, Şuşa həbsxanasında azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusi seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi.

Orada bir Bakı ermənisi mənə dedi ki, Mkrtiçyan Xocalı faciəsinin “qəhrəmanı”dır. Mkrtiçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orada Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri