23 
İyn
2021
15:32
7
346
4526
Virtual karabakh

Zərərçəkmiş: “Xosrovyan azərbaycanlı əsiri çarpayıya bağlayıb döyürdü”

23 İyn, 2021
15:32
4526

Zərərçəkmiş: “Xosrovyan azərbaycanlı əsiri çarpayıya bağlayıb döyürdü”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz Xankəndi xəstəxanasında olanda Xosrovyan Pənah İsgəndərov adlı əsiri çarpayıya bağlayıb döyürdü”.

“Report”un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Cahid Həsənov deyib.

“Aprel ayında məni Şuşa həbsxanasına apardılar. Gördüm orada Pənaha həm Mkrtiçyan, həm də Xosrovyan işgəncə verir. Mkrtiçyanın boks əlcəkləri var idi, yeyib-içib bizim üstümüzdə məşq edirdi. Rusiyadan bir nəfər var idi, Azərbaycan tərəfindən döyüşlərdə ermənilərə əsir düşmüşdü. Ermənilər onu güllələyib öldürdülər”, - zərərçəkmiş bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri