28 
İyn
2021
19:38
18
908
16539
Virtual karabakh

Azərbaycan Ordusunun hərbi qulluqçuları yol qəzasında həlak olub - RƏSMİ

28 İyn, 2021
19:38
16539

Azərbaycan Ordusunun hərbi qulluqçuları yol qəzasında həlak olub - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilir ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri