17 
İyl
2021
11:24
338
14
3645
Virtual karabakh

Tovuz döyüşləri Qələbəyə gedən yolu təmin etdi

17 İyl, 2021
11:24
3645

Tovuz döyüşləri Qələbəyə gedən yolu təmin etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin iyulun 17-si dövlət sərhədinin Tovuz istiqamətində aktiv hərbi əməliyyatların dayandırılması ilə nəticələnib. Daha dəqiq ifadə etsək, döyüş meydanında sarsıdıcı zərbələr alan Ermənistan bu istiqamətdə tamamilə geri oturdulub.

İyulun 12-dən başlayan şiddətli artilleriya döyüşlərinə ən çox şahidlik edən Tovuzun Ağdam kəndi idi.

İntensiv atəşə tutulan kəndin sakini, 76 yaşlı Əziz Əzizov evinə mərmi düşməsi nəticəsində həlak oldu, bununla belə, mülki əhalinin hədəfə alınması Tovuzun cəbhəboyu yaşayış məntəqələrinin sakinlərinin əzmini qıra bilmədi.

Döyüşlərdə Azərbaycan Ordusu 12 şəhid versə də, düşmənə layiqli zərbələr endirildi, Ermənistan silahlı bölmələrinin atəş nöqtələri, dayaq məntəqələri, artilleriya qurğuları, hərbi texnikaları, yüzədək canlı qüvvəsi məhv edildi.

Tovuz döyüşlərindən sonra Azərbaycan müharibəyə hazırlaşdığını tədricən açıq şəkildə bəyan etməyə başladı, axı Tovuzdakı əməliyyatlar Azərbaycan xalqının müharibəyə dair sifarişlərinin praktiki yöndə icrasını aktuallaşdırırdı.

Dövlət-xalq birliyi möhkəmlənir və bir-birini tamamlayan vahid gücə çevrilir. Tovuz döyüşləri dördgünlük aprel müharibəsindən sonra Azərbaycanın müasir hərb tarixində növbəti səhifə yaradır və Qələbəyə gedən yolu təmin edir.

Nəhayət, sentyabrın 27-də başlayan Vətən müharibəsi şanlı dastanın son cümlələrini gətirməli idi, bu “cümlələri” isə müzəffər Azərbaycan Ordusu döyüş meydanında qızıl hərflərlə yazmağı bacardı.

Ermənistan məğlub oldu və sonra biabırçı kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri