23 
İyl
2021
09:24
18
191
3954
Virtual karabakh

Ucarda qəza zamanı dörd nəfər xəsarət alıb - FOTO

23 İyl, 2021
09:24
3954

Ucarda qəza zamanı dörd nəfər xəsarət alıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan “Mercedes-Benz” markalı minik maşını idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Nəticədə Göyçay rayon sakinləri: 1997-ci il təvəllüdlü Rəsul Kamal oğlu Məmmədli, 1994-ci il təvəllüdlü Elgün Şakir oğlu Qasımov, 1960-cı il təvəllüdlü Şahin Əlihüseyn oğlu Qasımov və 1987-ci il təvəllüdlü Fariz Şahin oğlu Qasımov müxtəlif xəsarətlər alıblar.

Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri