23 
İyl
2021
23:04
440
97
24485
Virtual karabakh

Caliber: Ermənistanın Kəlbəcərdəki təxribatının təfərrüatı açıqlandı – FOTO

23 İyl, 2021
23:04
24485

Caliber: Ermənistanın Kəlbəcərdəki təxribatının təfərrüatı açıqlandı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutulub, nəticədə bir hərbi qulluqçumuz, gizir Fərman Yaqublu şəhid olub.

Caliber.az sərhəddə baş verən təxribatın təfərrüatlarını açıqlayıb.

Məlum olub ki, saat 16:00 radələrində Basarkeçərdə yerləşən erməni postuna 2 mülki avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni “volontyorları” hərbçilərlə dialoqa giriblər. Az sonra yaxınlıqda yerləşən postumuza atəş açılıb və gizir Fərman Yaqublu snayper gülləsinə tuş gəlib.

Cavab atəşi ilə təxribatı törədən erməni postu məhv edilib: erməni tərəfində ölən və yaralananlar var.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri