Avq
2021
18:42
533
20
3378
Virtual karabakh

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - FOTO/VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədis ilinin uzlaşma planı”na əsasən Qarnizon Qoşunlarında yeni tədris dövrü başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2021-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar birləşmə və hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.

Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib, silahlanmaya yeni daxil olmuş silah və texnika, eləcə də qoşunlarla idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər haqqında şəxsi heyətə məlumat verilib. Əlahiddə Ümumqoşun Ordu komandanının tapşırıqlarını çatdırarkən yeni tədris dövründə əsas diqqətin qoşunların daima döyüşə hazırolmasının təmin edilməsinə, əməliyyat direktivinə uyğun olaraq döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə yönəldildiyi vurğulanıb.

Çıxışların ardından 2021-ci tədris ilinin birinci tədris dövründə döyüş və ictimai-siyasi hazırlıqda fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Birləşmə və hissələrdə təntənəli keçidlərdən sonra Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrünün ilk məşğələləri keçirilib, qoşunlar döyüş hazırlığı üzrə bölmələrin tərkibində həyəcan siqnalı ilə məşq etdirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri