19 
Sen
2021
01:00
546
55
18525
Virtual karabakh

Anar Eyvazov: “Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur” - VİDEO

19 Sen, 2021
01:00
18525

Anar Eyvazov: “Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur".

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib.

Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə  araşdırılıb.

Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. 

Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir. 

Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri