Okt
2021
00:01
866
12
4984
Virtual karabakh

Bu gün Hadrutun və səkkiz kəndin işğaldan azad olunmasının ildönümüdür - VİDEO

9 Okt, 2021
00:01
4984

Bu gün Hadrutun və səkkiz kəndin işğaldan azad olunmasının ildönümüdür - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

9 oktyabr Cəbrayılın 4, Tərtərin 1, Füzulinin 2 və Xocavəndin 1 kəndinin, eləcə də Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Oxu.Az xəbər verir ki, ölkə başçısı, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev bu münasibətlə ötən il “Twitter” hesabı vasitəsilə 9 yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirən məlumat paylaşıb.

Belə ki, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı kəndləri işğaldan azad edilib. Həmçinin rəşadətli ordumuz uğurla irəliləyərək ilk dəfə Xocavənd rayonundan iki yaşayış məntəqəsini işğaldan azad edə bilib. Belə ki, ermənilər üçün əhəmiyyətli olan Hadrut qəsəbəsi və Sor kəndi işğalçılardan təmizlənib.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri