Okt
2021
15:58
114
20
2784
Virtual karabakh

Baş nazir şəhid və şəhid ailəsi statusunun verilməsi qaydasında dəyişiklik etdi

7 Okt, 2021
15:58
2784

Baş nazir şəhid və şəhid ailəsi statusunun verilməsi qaydasında dəyişiklik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişib.

Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilməsi ilə bağlı qərarında öz əksini tapıb.

Dəyişikliyə əsasən, Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə biləcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri