Okt
2021
12:24
16
232
3768
Virtual karabakh

Dünyanın vandalizmə susduğu gün - Danışan FOTOLAR

8 Okt, 2021
12:24
3768

Dünyanın vandalizmə susduğu gün - Danışan FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il keçir.

Düşmənin “Toçka-U” kompleksindən atəşi nəticəsində mülki şəxslərə, infrastruktura ciddi ziyan dəyib, yaralananlar olub. 

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisədən sonra faciə yerində olan Oxu.Az-ın əməkdaşı həmin dəhşətli anları kamerasının yaddaşına köçürüb. 

Faciənin ildönümü ilə əlaqədar həmin fotoları bir daha yayımlayırıq:

FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri