Okt
2021
19:07
368
32
3313
Virtual karabakh

Diplomatik korpus nümayəndələri və xarici jurnalistlər Şuşanın bir sıra tarixi yerlərində olublar - FOTO

9 Okt, 2021
19:07
3313

Diplomatik korpus nümayəndələri və xarici jurnalistlər Şuşanın bir sıra tarixi yerlərində olublar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda akkreditə olunan diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər Şuşa şəhərinə səfər çərçivəsində şəhərin bir sıra tarixi yerlərində olublar.

Bu barədə Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində paylaşım edib.

Bildirilib ki, ölkəmizdəki diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər Aşağı və Yuxarı Gövhər Ağa məscidini, Qazançı kilsəsini, Xan Qızı Natəvanın evini, habelə dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər, Bülbülün ev muzeyində və Şuşanın mərkəzi meydanında da olublar.

Qeyd edək ki, diplomatik korpusların press-attaşelərinin və xarici jurnalistlərin Şuşa şəhərinə səfəri dünən başlayıb.

Azərbaycanın mədəniyyət paytaxtında maraqlı proqram keçiriləcək. Bura digər görməli yerlərə gəzinti, yenidənqurma işləri ilə tanışlıq, Cıdır düzündə xalq musiqisini dinləmə daxildir.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri