15 
Okt
2021
10:26
309
10
2616
Virtual karabakh

Azərbaycan polisi düşmənin atıb qaçdığı mövqelərdən silah-sursat aşkar edib - FOTO/VİDEO

15 Okt, 2021
10:26
2616

Azərbaycan polisi düşmənin atıb qaçdığı mövqelərdən silah-sursat aşkar edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, düşmənin qaçarkən atdığı silah-sursatın tapılıb aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis orqanları və əlaqədar qurumlar tərəfindən intensiv tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, son günlər keçirilən profilaktik nəzarət tədbirləri nəticəsində Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib. Həmin tədbirlərin davamı olaraq Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 qəlpəli top və iki tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri