19 
Okt
2021
09:18
525
7
2203
Virtual karabakh

Doğum günü olan şəhidlər - FOTO

19 Okt, 2021
09:18
2203

Doğum günü olan şəhidlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vətən müharibəsi şəhidlərindən üç nəfərin doğum günüdür.

Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

MAHHXHQ əsgər Abbasov Tural Fəzayıl oğlu 1989-cu il oktyabr ayının 19-u Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşan T.Abbasov qəhrəmanlarımızdan biridir. Ailəsi ilə sonuncu dəfə 29 sentyabr tarixində danışıb və həmin tarixdən sonra əlaqə kəsilib. O, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ötən il dekabr ayının 17-də, doğulduğu Şəmkir rayonunun Qılıncbəyli kəndində dəfn olunub. Evin tək oğlu olan Tural Abbasovun Vətənə əmanət 2 övladı yadigar qalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tural Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Həsənov Sahib Azər oğlu 19 oktyabr 1999-cu ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olub. 2017-ci ildə Gəncə şəhəri 7 saylı tam orta məktəbi bitirib. 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən MAHHXHQ kimi xidmətə davam edib. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Azərbaycan Ordusunun əsgəri Sahib Həsənov torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb, Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

18 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Həsənov Sahib Azər oğlu ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Əsgər Məmmədli Seymur Hacırəsul oğlu 1996-cı ildə Qax rayonunun Ağçay kəndində anadan olub. 

O, 11 oktyabr 2020-ci il tarixində yaralı döyüş yoldaşlarını ərazidən çıxaran zaman Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Seymur Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri